Trampın xüsusi nümayəndəsi yeni İraq hökumətinə dəstək vermək üçün Bağdada gedib

2026/01/1768407242.jpg
Oxunub: 213     17:57     15 İyun 2026    
ABŞ Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Bağdada səfər edib.

Ordu.az xəbər verir ki, bu barədə “Baghdad Today” xəbər portalı məlumat yayıb.

Məlumata görə, Barrak İraqın Baş naziri Əli əz-Zeydi ilə danışıqlar aparacaq və Vaşinqtonun yeni İraq hökumətinə dəstəyini bir daha təsdiqləyəcək.

Tom Barrak bildirib ki, tərəflər ikitərəfli münasibətlərin gələcək inkişafını və ABŞ ilə İraq arasında əməkdaşlığın yeni istiqamətlərini müzakirə edəcəklər.

Səfər sabiq baş nazir Nuri əl-Malikinin namizədliyi ətrafında yaranmış siyasi fikir ayrılıqları fonunda baş tutur.

Daha əvvəl Donald Tramp administrasiyası onun yenidən hakimiyyətə qayıtmasına qarşı çıxaraq xəbərdarlıq etmişdi ki, belə bir addım ölkədə vəziyyəti sabitsizləşdirə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Barrak   Bağdad  


Bizi "telegram"da izləyin