Milli Məclis Aparatının əməkdaşları “Heydər zirvəsi”nə Milli Qurtuluş Günündə yürüş ediblər - FOTOLAR

2026/06/photo-1781537042.jpg
Oxunub: 180     19:17     15 İyun 2026    
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və Milli Qurtuluş Günü münasibətilə Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyevin rəhbərliyi ilə Aparatın bir qrup əməkdaşı “Heydər zirvəsi”nə yürüş edib.

Ordu.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsidən məlumat verilib.

İyunun 15-də başlayan yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızılqaya massivində, dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən “Heydər zirvəsi”nə qalxmaqla yekunlaşıb.

Yürüş iştirakçıları zirvədə Ulu Öndər Heydər Əliyevin barelyefini ziyarət edərək, onun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Milli-Məclis   Heydər-zirvəsi  


Bizi "telegram"da izləyin