İran nümayəndə heyəti ABŞ ilə memorandumun imzalanmasından əvvəl Yaxın Şərqin bir neçə ölkəsinə səfər edəcək

2026/05/1780063241.jpg
Oxunub: 212     17:23     15 İyun 2026    
İran nümayəndə heyəti Cenevrədə ABŞ ilə qarşılıqlı anlaşma memorandumunun imzalanmasından əvvəl Yaxın Şərqin bir neçə ölkəsinə səfər etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi açıqlayıb.

“Cenevrədə görüş başlamazdan əvvəl regionun bəzi ölkələrinə səfərlər nəzərdə tutulur. Bu turne ilə bağlı ətraflı məlumat bütün detallar razılaşdırıldıqdan sonra açıqlanacaq”, - deyə o, mətbuat konfransında bildirib.

Bəqayi əlavə edib ki, ABŞ ilə qarşılıqlı anlaşma memorandumunun imzalanma qaydası və mexanizmi ilə bağlı yekun qərar “bu gün və ya sabah” qəbul ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Bəqayi  


Bizi "telegram"da izləyin