Ordu.az xəbər verir ki, bunu iyunun 15-də İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib.
İRİB dövlət televiziya və radio şirkətinin məlumatına görə, Əraqçi ABŞ-nin razılaşmanın icrası ilə bağlı məsuliyyətinə toxunaraq Livana qarşı sionist rejimin təcavüzkar və sabitliyi pozan hücumlarının tamamilə dayandırılmasının vacibliyini vurğulayıb.
Məlumata əsasən, İran XİN rəhbəri bu bəyanatı Türkiyənin xarici işlər naziri Hakan Fidan, Misirin xarici işlər naziri Sameh Şükri və İraqın xarici işlər naziri Fuad Məhəmməd Hüseyn ilə keçirdiyi üç ayrı telefon danışığı zamanı səsləndirib.
Bildirilir ki, Əraqçi həmçinin həmkarlarının regionda gərginliyin azaldılması və sabitliyin təmin olunmasına verdikləri töhfəni yüksək qiymətləndirib.
O, bu məsələ ilə bağlı dövlətlərarası məsləhətləşmələrin və sıx əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.
Sevinc Əliyeva
Ordu.az