Ordu.az xəbər verir ki, Vens bu barədə GMA telekanalına müsahibəsində danışıb.
Jurnalistin Trampın daha əvvəl yalnız “qeyd-şərtsiz kapitulyasiya”nın mümkün olduğunu bildirməsinə baxmayaraq, mövqeyində dəyişiklik olub-olmaması barədə sualını cavablandıran vitse-prezident bildirib ki, ABŞ administrasiyası əvvəldən təzyiq vasitələrini, o cümlədən hərbi tədbirləri sərfəli razılaşma əldə etmək üçün alət kimi nəzərdən keçirib.
Vensin sözlərinə görə, Tramp administrasiyasının siyasətinin əsas məqsədi İranla münasibətlərin xarakterini dəyişmək və Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq olub.
O əlavə edib ki, Vaşinqtonun qiymətləndirməsinə görə, mövcud vəziyyət bu istiqamətdə irəliləyişin olduğunu göstərir.
Sevinc Əliyeva
Ordu.az