ABŞ-nin Tayvana 14 milyard dollarıq silah göndərməsi sual altındadır

2026/06/1780638154.jpg
Oxunub: 256     00:43     06 İyun 2026    
ABŞ administrasiyası hələlik Konqres tərəfindən əvvəllər təsdiq edilmiş və ümumi dəyəri təxminən 14 milyard dollar olan silah paketini Tayvana ötürüb-ötürməyəcəyinə dair qərar verməyib.

Ordu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.

Vaşinqtondan Viskonsinə gedərkən təyyarəsində jurnalistlərə Tayvan üçün nəzərdə tutulan silah paketinin taleyi ilə bağlı qərar verilib-verilmədiyi soruşulduqda, o, lakonik cavab verib: "Biz bunu araşdıracağıq".

Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, bir neçə il ərzində adaya Amerika hərbi təchizatının ümumi dəyəri 70 milyard dolları keçib. Hazırkı Vaşinqton administrasiyası Tayvana silah və hərbi texnika çatdırılmasının tempini artıracağına söz verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Tayvan  


Bizi "telegram"da izləyin