ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçməsinə kömək edib

2026/05/1779948718.jpg
Oxunub: 227     08:05     06 İyun 2026    
ABŞ ordusu may ayında Hörmüz boğazından 100-dən çox ticarət gəmisinin keçidini əlaqələndirməyə kömək edib.

Ordu.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, ABŞ və İranın münaqişəyə son qoymaq üçün apardığı danışıqlar dalana dirəndiyindən, bu su yolundan keçmək gəmilər üçün təhlükəli olaraq qalır.

"The New York Times" qəzeti əvvəllər ABŞ Mərkəzi Komandanlığının boğazdan keçməkdə 70 gəmiyə kömək etdiyini bildirmişdi. Qəzetin məlumatına görə, onların əksəriyyəti keçid zamanı transponderlərini söndürüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hörmüz  


Bizi "telegram"da izləyin