Ordu.az xəbər verir ki, o, "Süddeutsche Zeitung" və "Handelsblatt" nəşrlərinə müsahibəsində qeyd edib ki, ABŞ qoşunlarının yerləşdirilməsi ilə bağlı müxtəlif ssenarilər nəzərdən keçirilir.
Geressinin sözlərinə görə, bu məsələ üzrə yekun qərarı ABŞ Prezidenti Donald Tramp verəcək və hər hansı addım tələsik şəkildə atılmayacaq.
Müşavir həmçinin ABŞ müdafiə naziri Pit Heqsetin mövqeyinə istinad edərək vurğulayıb ki, Avropanın təhlükəsizlik sahəsində əsas yükü ABŞ-ın hərbi imkanları və vergi ödəyicilərinin üzərinə qoyduğu dövr artıq dəyişməkdədir.
“Avropa kifayət qədər resurslara və iqtisadi gücə malikdir. Müttəfiqlərimiz öz müdafiə qabiliyyətlərinin gücləndirilməsində daha böyük məsuliyyət daşımalıdırlar”, – deyə Geressi bildirib.
Ordu.az