Ordu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.
Vaşinqtondan Viskonsinə gedərkən təyyarəsində jurnalistlərə Tayvan üçün nəzərdə tutulan silah paketinin taleyi ilə bağlı qərar verilib-verilmədiyi soruşulduqda, o, lakonik cavab verib: "Biz bunu araşdıracağıq".
Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, bir neçə il ərzində adaya Amerika hərbi təchizatının ümumi dəyəri 70 milyard dolları keçib. Hazırkı Vaşinqton administrasiyası Tayvana silah və hərbi texnika çatdırılmasının tempini artıracağına söz verib.
Ordu.az