Kreml Trampın Paşinyana dəstəyində qeyri-adi heç nə görmür

2026/06/1780690166.jpg
Oxunub: 275     00:04     06 İyun 2026    
Kreml ABŞ Prezidenti Donald Trampın Ermənistanın Baş naziri Nikol Paşinyana dəstəyini adi hal kimi qiymətləndirib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ daha əvvəl də digər ölkələrin siyasi liderlərinə açıq şəkildə dəstək göstərib və buna görə hazırkı vəziyyətdə qeyri-adi heç nə yoxdur.

Uşakov qeyd edib ki, amerikalılar vaxtilə Macarıstanın keçmiş rəhbərinə də oxşar şəkildə yardım göstəriblər.

O, bu fikirləri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində səsləndirib. Forum iyunun 3-dən 6-dək davam edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Tramp   Paşinyan  


Bizi "telegram"da izləyin