Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, gecə saatlarından etibarən ölkədə seçkiqabağı təşviqatın aparılması qadağan olunub.
Növbədənkənar parlament seçkiləri qarşıdakı bazar günü keçiriləcək. Seçkilər nəticəsində ən azı 105 deputat seçiləcək.
Ermənistan parlamenti proporsional seçki sistemi əsasında, yəni yalnız partiya siyahıları üzrə formalaşdırılır.
Məlumata görə, 9-cu çağırış Ermənistan parlamentində yer almaq uğrunda 18 siyasi qüvvə (16 partiya və 2 siyasi blok) mübarizə aparır.
Parlamentə keçid həddi partiyalar üçün 4 faiz, seçki blokları üçün isə 8 faiz müəyyən edilib.
Alpər Mövludoğlu
Ordu.az