Ermənistan KİV-i: Korpus komandirləri əsgərləri hakim partiyaya səs verməyə məcbur edir

2026/06/1780690293.jpg
Oxunub: 295     00:11     06 İyun 2026    
Ermənistanda hakimiyyətin seçki kampaniyasına inzibati resurslarla yanaşı ordu strukturlarını da cəlb etdiyi qeyd olunur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, 3-cü Ordu Korpusunun komandiri, polkovnik Simon Nazaryan və 5-ci Ordu Korpusunun komandiri, polkovnik Qaqik Poğosyan əsgərlərə iyunun 7-də keçiriləcək seçkilərdə “Vətəndaş Müqaviləsi” Partiyasına səs vermələri üçün təzyiq göstərirlər.

Nşr qeyd edir ki, analoji hallar digər korpuslarda da baş verə bilər, lakin hazırda bununla bağlı əlavə məlumat yoxdur.

Məlumatda hakimiyyətin seçkilərdə qələbəsinə tam əmin olmadığı və bu səbəbdən müxtəlif təzyiq üsullarından istifadə etdiyi irəli sürülür.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin