Baş nazir: "Xorvatiya 2030 ilə qədər müdafiə xərclərini artıracaq"

2026/06/1782563405.jpg
Oxunub: 209     16:21     27 İyun 2026    
Xorvatiya 2030-cu ilə qədər müdafiə xərclərini planlı şəkildə artırmağı davam edəcək.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Dubrovnik Forumu çərçivəsində keçirilən "Çoxqütblülük dövrü: Yeni reallıqların idarə olunması" adlı paneldə bildirib.

Baş nazir qeyd edib ki, Rusiyanın Ukraynada apardığı müharibə Avropanın təhlükəsizlik arxitekturasını dəyişdirən dönüş nöqtəsi oldu və müdafiə potensialının sistemli şəkildə gücləndirilməsinin vacibliyini göstərdi:

"Xorvatiya müdafiə xərclərini ÜDM-in 2 %-i səviyyəsinə çatdırmaq hədəfini yerinə yetirib və 2030-cu ilə qədər bu göstəricini planlı şəkildə artırmağı davam etdirəcək. Bu isə sabit iqtisadi artım və dövlət maliyyəsinin məsuliyyətli idarə olunması sayəsində əsas prioritetlərin maliyyələşdirilməsi üçün fiskal imkanlar yaradır".

O, həmçinin Avropanın müdafiə sənayesi və texnoloji bazasının gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb:

"Xorvatiya bu sahədə öz imkanlarını inkişaf etdirir və getdikcə daha çox Xorvatiya şirkəti müasir müdafiə texnologiyaları və innovativ həllər sahəsində uğurla mövqe tutur".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xorvatiya   Plenkoviç  


Bizi "telegram"da izləyin