Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, tərəflər İran ilə ABŞ arasında əldə olunmuş qarşılıqlı anlaşma fonunda Yaxın Şərqdəki son hadisələr barədə fikir mübadiləsi aparıblar.
BƏƏ-nin xarici işlər naziri dialoqun davam etdirilməsinin və diplomatik həll yollarına üstünlük verilməsinin vacibliyini vurğulayıb.
O bildirib ki, davam edən diplomatik proses regionda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə xidmət edəcək konstruktiv nəticələr verə bilər.
Sevinc Əliyeva
Ordu.az