UKMTO Hörmüz boğazında tankere hücum barədə məlumat verib

2026/05/1779948718.jpg
Oxunub: 236     14:16     27 İyun 2026    
Hörmüz boğazında tankerə hücum edilib, ekipaj üzvləri zərər çəkməyib.

Bu barədə Ordu.az Böyük Britaniyanın HQQ yanında Koordinasiya Mərkəzinə (UKMTO) istinadən xəbər verir.

"UKMTO Hörmüz boğazında baş verən insidentlə bağlı məlumat alıb. Gəminin kapitanı naməlum mərmi dəyməsi nəticəsində tankerin komanda körpüsünün zədələndiyini bildirib" - məlumatda deyilir.

UKMTO-nun məlumatına görə, ekipajın bütün üzvlərinə hər-hansı təhlükə yoxdur. Hazırda ekoloji zərər barədə heç bir məlumat daxil olmayıb.

Mərkəz gəmilərə Hörmüz boğazından keçərkən yüksək ehtiyat tədbirlərinə riayət etməyi və istənilən şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.

Hazzırda insidentin detalları araşdırılır, səlahiyyətli orqanlar istintaq aparır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: UKMTO   Hörmüz  


Bizi "telegram"da izləyin