Ordu.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Məlumata görə, İranın xarici işlər naziri Abbas Araqçi ilə Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper cümə axşamı axşam saatlarında telefon danışığı apararaq regional nizamlanma ilə bağlı danışıqlar prosesinin gedişini müzakirə ediblər.
İran Xarici İşlər Nazirliyinin rəhbəri britaniyalı həmkarına son məsləhətləşmələrin gedişi, ikitərəfli və çoxtərəfli razılaşmaların icrasında əldə olunan irəliləyiş, eləcə də bu çərçivədə həyata keçirilən diplomatik təmasların nəticələri barədə ətraflı məlumat verib.
Beynəlxalq və regional gündəlikdə duran məsələləri nəzərdən keçirən tərəflər sıx diplomatik əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Nazirlər Yaxın Şərqdə sabitliyin qorunması, danışıqlar prosesinin irəli aparılması və davamlı siyasi nəticələrin əldə olunması üçün mövcud əlaqə kanallarının saxlanılmasının zəruri olduğu qənaətinə gəliblər.
Sevinc Əliyeva
Ordu.az