Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Qərar işin ABŞ Prezidenti Donald Trampın Havanaya qarşı sərt siyasəti fonunda davam etdirilməsinə imkan yaradır.
Hakim Brett Kavanonun açıqladığı qərar 6-3 nisbətində qəbul olunub. Liberal hakimlər isə qərarla razılaşmadıqlarını bildiriblər.
“Exxon”un iddiası 1960-cı ildə, Kastro inqilabından qısa müddət sonra şirkətin Kubadakı əmlaklarının milliləşdirilməsi ilə bağlıdır. Söhbət neft emalı zavodu, terminallar və 117 yanacaqdoldurma məntəqəsindən gedir.
1969-cu ildə ABŞ komissiyası Standard Oil-in (sonradan “Exxon Mobil”) itkilərini təxminən 72 milyon dollar qiymətləndirmişdi. Faizlər və üçqat kompensasiya tələbləri nəzərə alınarsa, məbləğ yüz milyonlarla dollara çata bilər.
ABŞ Ədliyyə Nazirliyi məhkəmədə Exxon-u dəstəkləyərək bildirib ki, ABŞ vətəndaşlarının kommunist Kuba rejimi tərəfindən qanunsuz müsadirə olunmuş aktivlərinə görə kompensasiya alması ölkənin mühüm xarici siyasət maraqlarından biridir.
Sevinc Əliyeva
Ordu.az