“Yaxın Şərqdəki münaqişə bütün enerji şoklarının anasını yaradıb” - BMT Baş katibi

2025/03/1743271658.jpg
Oxunub: 202     20:35     23 İyun 2026    
BMT-nin Baş katibi Antoniu Quterreş bildirib ki, Yaxın Şərqdəki münaqişə qlobal miqyasda böyük enerji böhranına səbəb olub.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

O vurğulayıb ki, bunun nəticələri enerji sektorundan kənara çıxaraq bir çox ölkələrin iqtisadi və sosial sabitliyinə təsir göstərir.

“Yaxın Şərqdəki münaqişə bütün enerji şoklarının anasını yaradıb”, - deyə Quterreş “X” sosial şəbəkəsində yazıb.

O əlavə edib ki, inkişaf etməkdə olan dövlətlər üçün bu vəziyyət eyni zamanda borc, ərzaq və inkişaf böhranı deməkdir.

Baş katib qeyd edib ki, mümkün sülh sazişi müəyyən rahatlama gətirə bilər, lakin mövcud böhranın nəticələri uzunmüddətli xarakter daşıyacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Quterreş  


Bizi "telegram"da izləyin