Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Anonim qalmaq şərti ilə danışan mənbələrin sözlərinə görə, Meloni seçkilərin təxirə salınacağı təqdirdə öz reytinqinin aşağı düşə biləcəyindən narahatdır.
Bundan əlavə, agentliyin həmsöhbətlərinin bildirdiyinə görə, o hesab edir ki, səsvermənin səlahiyyət müddətinin sonuna yaxın keçirilməsi növbəti hökumətə ilin sonunadək təsdiqlənməli olan yeni büdcənin hazırlanması üçün kifayət qədər vaxt verməyəcək.
Sevinc Əliyeva
Ordu.az