Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Ordu.az-a bildirilib ki, söhbət zamanı ölkələrarası və parlamentlərarası əlaqələrin mövcud vəziyyəti, inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. İki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsi, deputatların beynəlxalq platformalarda mütəmadi görüşlərinin əhəmiyyətindən danışılıb.
Görüşdə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçirilən 20-ci sessiyasının, bu çərçivədəki tədbirlərin və müzakirə olunan məsələlərin müsəlman dünyasında parlamentlərarası əməkdaşlığın gücləndirilməsi baxımından önəmi vurğulanıb.
Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.
Ordu.az