ABŞ Kuba hakimiyyəti ilə əlaqəli strukturlara qarşı yeni sanksiyalar tətbiq edib

2026/05/1779042188.jpg
Oxunub: 196     20:09     23 İyun 2026    
Vaşinqton administrasiyası Kubanın beş təşkilatına və Kastro ailəsinin bir üzvünə qarşı əlavə sanksiyalar tətbiq edərək, onları repressiyaları və ABŞ-yə milli təhlükə yaradan fəaliyyətləri maliyyələşdirməkdə ittiham edib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubionun Dövlət Departamentinin saytında dərc olunmuş bəyanatında bildirilib.

Onun sözlərinə görə, Kuba hakimiyyəti üçün gəlir gətirən beş struktur, o cümlədən daha əvvəl sanksiyalar siyahısına daxil edilmiş "Grupo de Administración Empresarial S.A." (GAESA) şirkəti ilə əlaqəli üç təşkilat sanksiyalara məruz qalıb. Məhdudiyyətlərə məruz qalan qurumlardan ikisi hakimiyyətin maraqları naminə maliyyə vəsaitlərinin köçürülməsində iştirak edən institutlardır, digəri isə adanın bütün ərazisində fəaliyyət göstərən logistika şirkətidir.

Bundan əlavə, sanksiyalar Kubanın mineral ehtiyatlarından və metallurgiyasından gəlir əldə edən iki struktura, o cümlədən "GeoMinera" dövlət şirkətinə də şamil edilib.

Rubio həmçinin, ABŞ Prezidenti Donald Trampın fərmanına əsasən daha əvvəl sanksiyalar siyahısına daxil edilmiş Alexandro Kastro Espinin həyat yoldaşına qarşı məhdudiyyətlərin tətbiq olunduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kuba  


Bizi "telegram"da izləyin