Britaniyada yeni baş nazir iyulun 17-dək təyin oluna bilər

2026/06/1782228644.jpg
Oxunub: 215     19:30     23 İyun 2026    
Böyük Britaniyanın yeni baş nazirinin təyin olunması 2026-cı il iyulun 17-dək baş tuta bilər.

Ordu.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.

Dauninq-stritdən bildirilib ki, yeni baş nazir təyin olunana qədər heç bir iri siyasi qərar və ya yeni maliyyə öhdəliyi qəbul edilməyəcək.

İstefaya gedən baş nazirin nümayəndəsi qeyd edib ki, potensial namizədlərə hakimiyyətin təhvil verilməsi məsələləri ilə bağlı dövlət qulluqçularından brifinqlər almağa icazə verilib.

Baş nazir katibliyinin rəhbəri Darren Cons və Silahlı Qüvvələrin keçmiş naziri Al Karns Leyboristlər Partiyasının liderliyi uğrunda Endi Börnhemlə rəqabət aparmağı nəzərdən keçirirlər.

Meykerfild dairəsindən yeni seçilmiş deputat Endi Börnhem hazırda Leyboristlər Partiyasının lideri və baş nazir postuna əsas namizəd hesab olunur.

Partiya rəhbərliyi uğrunda namizədlərin irəli sürülməsi iyulun 9-da başlayacaq və iyulun 16-da başa çatacaq. Əgər ona rəqib çıxmasa, Börnhem artıq iyulun 16-17-də baş nazir vəzifəsinə başlaya bilər.

Xatırladaq ki, Kir Starmer bazar ertəsi Leyboristlər Partiyasının lideri və Böyük Britaniyanın baş naziri vəzifəsindən ayrıldığını açıqlayıb. O, varisi seçilənədək vəzifəsində qalacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Baş-nazir  


Bizi "telegram"da izləyin