Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, səfərdə Avropa Komissiyasının üzvü Marta Kos da iştirak edəcək. Nəşr bunu Ermənistanın Baş naziri Nikol Paşinyana və onun qərbyönümlü siyasi kursuna dəstək jesti kimi qiymətləndirib.
Bildirilir ki, iyulun 1-nə planlaşdırılan səfər Paşinyanın Avropa İttifaqı ilə əlaqələri genişləndirmək və Moskva ilə məsafəni artırmaq istiqamətində atdığı addımlar fonunda baş tutacaq.
“Politico”ya danışan Avropa İttifaqı rəsmilərindən biri qeyd edib ki, Ermənistan uzun müddətdir Rusiyanın təzyiqləri ilə üzləşir və belə bir səfər “Avropa sizin yanınızdadır” mesajı verəcək.
Nəşrin məlumatına görə, səfər səbəbindən iyulun 1-də keçirilməsi nəzərdə tutulan Avropa Komissiyası üzvlərinin iclası ləğv olunub və bir sıra qanunvericilik təşəbbüslərinin müzakirəsi təxirə salınıb.
Bu, son iki ay ərzində Ursula fon der Lyayenin Ermənistana ikinci səfəri ola bilər. O, 2026-cı ilin may ayında İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirak etmişdi.
Alpər Mövludoğlu
Ordu.az