Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, İran, ABŞ və Qərb sığorta şirkətlərinin bir-birinə zidd təlimatları səbəbindən gəmi sahibləri və operatorlar Fars körfəzindən çıxış üçün ən təhlükəsiz marşrutu müəyyən etməkdə çətinlik çəkirlər.
“Safesea Shipping” şirkətinin rəhbəri S.V. Ançanın sözlərinə görə, gəmi sahibləri seçim qarşısında qalıblar. Əgər onlar ABŞ və sığorta şirkətlərinin tövsiyələrinə əməl edərək Oman sahillərinə yaxın hərəkət etsələr, İran tərəfinin reaksiyası ilə üzləşə bilərlər.
Digər tərəfdən, İranın göstərişlərinə uyğun olaraq ölkənin sahil xətti boyunca hərəkət edən gəmilər ABŞ sanksiyaları və sığorta qaydaları ilə bağlı problemlərlə qarşılaşa bilərlər.
Nəşrə danışan sığorta brokerlərindən biri bildirib ki, İran gəmilərdən İran marşrutundan istifadə etməyi və müəyyən ödənişlər etməyi tələb edir. ABŞ isə gəmilərə Oman marşrutu ilə hərəkət etməyi tövsiyə edir və onları aviasiya vasitəsilə müşayiət edir.
Ekspertlərin fikrincə, yaranmış vəziyyət təhlükəsizlik və kommersiya maraqları arasında tarazlığın qorunmasını çətinləşdirir.
Sevinc Əliyeva
Ordu.az