Ordu.az "Report"a istinadən xəbər verir ki, bu barədə o, Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
Makronun sözlərinə görə, görüşə koalisiyada iştirak edən, Aİ üzvü olan-olmayan bütün ölkələr dəvət edilib. O qeyd edib ki, koalisiya gələcəkdə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində rol oynaya bilər.
Fransa Prezidenti bildirib ki, Aİ liderləri Ukraynaya dəstəyi, o cümlədən hərbi yardımı, enerji infrastrukturunun bərpasını və hazırlanan 21-ci sanksiyalar paketi çərçivəsində Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsini təsdiqləyiblər.
O həmçinin qeyd edib ki, Ukrayna hərbi qulluqçuları iyulun 14-də Bastiliyanın alınması günü münasibətilə Parisdə keçiriləcək hərbi paradda iştirak edəcəklər.
Ordu.az