Britaniya Ukraynaya iri həcmli PUA dəstəyi verəcək

2026/06/1781887671.jpg
Oxunub: 229     20:44     19 İyun 2026    
Böyük Britaniya 2026-cı ilin sonunadək Ukraynaya 150 min Pilotsuz Uçuş Aparatı (PUA) təhvil verəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, qərar Brüsseldə keçirilən Ukrayna Müdafiə Təmas Qrupunun iclasında Böyük Britaniyanın müdafiə nazirinin müavini Den Carvis tərəfindən elan olunub.

Məlumata görə, ümumi dəyəri 752 milyon funt sterlinq, yəni təxminən 996 milyon ABŞ dolları təşkil edən yardım paketi Ukraynaya ayrılmış 2,26 milyard funt sterlinqlik Britaniya krediti hesabına maliyyələşdiriləcək.

Yeni yardım paketi yalnız PUA-ları əhatə etmir. Paketə həmçinin 350 ədəd hava hücumundan müdafiə raketi və yerüstü radar sistemləri də daxildir.

Bildirilir ki, sözügedən kredit dondurulmuş Rusiya dövlət aktivlərindən əldə edilən gəlirlər hesabına dəstəklənir.

Ukrayna Müdafiə Təmas Qrupunun iclasına Almaniya ilə birlikdə həmsədrlik edən Den Carvis tədbir çərçivəsində ABŞ-nin müharibə naziri Pit Heqset başda olmaqla Fransa, Ukrayna və digər ölkələrin müdafiə nazirləri ilə görüşlər keçirib.

Böyük Britaniyanın elan etdiyi yeni yardım paketinin Ukraynanın xüsusilə insansız sistemlər və hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə yönəlmiş son dəstək addımlarından biri olduğu qeyd edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Ukrayna  


Bizi "telegram"da izləyin