İran Hörmüz boğazının bağlanması ilə bağlı məlumatları təkzib edib

2026/05/1778245456.jpg
Oxunub: 308     19:41     19 İyun 2026    
İran Xarici İşlər Nazirliyi Hörmüz boğazının bağlanması barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai açıqlama verib.

Onun sözlərinə görə, bəzi media orqanlarında yayılan məlumatlar əsassızdır və Hörmüz boğazında gəmiçilik normal qaydada davam edir.

Bəqai qeyd edib ki, İran Silahlı Qüvvələri ABŞ ilə əldə olunmuş qarşılıqlı anlaşma memorandumu çərçivəsində ticarət gəmilərinin təhlükəsiz hərəkətini təmin etmək üçün zəruri tədbirlər görüb.

İran rəsmisi vurğulayıb ki, bölgədə gəmiçiliyin təhlükəsizliyi ilə bağlı vəziyyət nəzarət altındadır və boğazın fəaliyyətində hər hansı məhdudiyyət tətbiq edilməyib.

Daha əvvəl Vaşinqton və Tehran arasında hərbi fəaliyyətlərin dayandırılması və bölgədə sabitliyin təmin edilməsini nəzərdə tutan razılaşmanın imzalandığı barədə məlumat yayılmışdı. Sənəddə regional gəmiçilik təhlükəsizliyi məsələləri də öz əksini tapıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   XİN   Hörmüz  


Bizi "telegram"da izləyin