Ermənistan parlamentində hökumətlə sual-cavab sessiyasına cəmi 9 deputat qeydiyyatdan keçib

2026/06/1781703763.jpg
Oxunub: 168     17:38     17 İyun 2026    
Ermənistan parlamentində iyunun 17-də hökumətlə ənənəvi sual-cavab saatı başlayıb.

Ordu.az xəbər verir ki, iclasda Baş nazir Nikol Paşinyan iştirak edir.

Məlumata görə, hökumət üzvlərinə sual vermək üçün cəmi 9 deputat qeydiyyatdan keçib.

Müxalifət fraksiyaları isə iclasda iştirak etmirlər.

Sual vermək üçün növbəyə yazılan deputatlar Şirak Torosyan, Hripsime Qriqoryan, Emma Palyan, Mariya Karapetyan, Kristine Poqosyan, Marina Qazaryan, Armen Xaçatryan, Mariam Poğosyan və Geqam Nazaryandır.

Qeyd edək ki, bu, hazırkı çağırış parlamentin son dördgünlük iclasıdır. Yeni seçilmiş parlament ilk iclasını 2026-cı il avqustun 2-də keçirəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Parlament  


Bizi "telegram"da izləyin