Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Aİ komissarı ilə müdafiə və kosmik təhlükəsizliyi müzakirə edib

2026/06/1781703813.jpg
Oxunub: 164     17:41     17 İyun 2026    
Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan Parisdə Avropa Komissiyasının müdafiə və kosmos məsələləri üzrə komissarı Andrius Kubilius ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə erməni nazir özünün sosial şəbəkə hesabında məlumat yayıb.

Hayrapetyanın sözlərinə görə, görüş zamanı müdafiə sənayesi, innovasiyalar, kosmik təhlükəsizlik və Yer müşahidəsi sahələrində Ermənistan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Qeyd edilir ki, tərəflər həmçinin Avropa Komissiyasının Müdafiə Sənayesi və Kosmik Məkan Baş Direktorluğu (DG DEFIS) ilə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Erməni nazir bildirib ki, görüşdə yüksək texnologiyalar və müdafiə sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi perspektivləri də müzakirə mövzusu olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin