Tramp: “Neftin qiyməti İranla müharibədən əvvəlki səviyyədən də aşağı düşə bilər”

2026/05/1778482583.jpg
Oxunub: 180     17:50     17 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, neftin qiyməti İranla müharibədən əvvəlki səviyyədən də aşağı enə bilər.

Ordu.az xəbər verir ki, bu barədə o, Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşü zamanı bildirib.

Trampın sözlərinə görə, bazarlar hazırkı vəziyyətdən razıdır və enerji bazarında sabitləşmə müşahidə olunur.

“Bazar həqiqətən razıdır. Neftin qiyməti 73-74 dollar səviyyəsindədir ki, bu da böhrandan əvvəlki göstəricilərə çox yaxındır. Yenə də fond bazarı kəskin yüksəlib, neft qiymətləri isə aşağı düşüb. Düşünürəm ki, hazırda qiymətlər 70 dollar ətrafındadır. Hesab edirəm ki, neftin qiyməti müharibədən əvvəlki səviyyədən də aşağı ola bilər”, - deyə ABŞ Prezidenti vurğulayıb.

Trampın fikrincə, bazar iştirakçılarının İranla bağlı vəziyyətə münasibəti müsbətdir və bu, enerji daşıyıcılarının qiymətlərinə də təsir göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Neft  


Bizi "telegram"da izləyin