Tramp Hörmüz boğazının yaxın günlərdə tam açılacağını açıqlayıb

2026/04/1776101799.jpg
Oxunub: 169     17:57     17 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının yaxın bir-iki gün ərzində gəmiçilik üçün tam şəkildə açılacağını bəyan edib.

Ordu.az xəbər verir ki, Tramp bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşü zamanı danışıb.

Görüş Fransanın Evian şəhərində keçirilən “Böyük Yeddilik” (G7) sammiti çərçivəsində baş tutub.

ABŞ Prezidenti bildirib ki, boğaz artıq qismən fəaliyyət göstərir və yaxın günlərdə tam gücü ilə işləməyə başlayacaq.

“Boğaz açılacaq. O artıq qismən açıqdır və yaxın günlərdə tam şəkildə fəaliyyət göstərəcək”, - deyə Tramp vurğulayıb.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji ticarətinin ən mühüm marşrutlarından biri hesab olunur və burada hər hansı məhdudiyyət qlobal neft bazarına ciddi təsir göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Hörmüz  


Bizi "telegram"da izləyin