Ukrayna UAV-290 reaktiv kamikadze tipli PUA hazırlayıb

2026/06/Ekran-1781546271.jpg
Oxunub: 203     21:51     15 İyun 2026    
“Eurosatory 2026” sərgisində UKROBORONPROM yeni UAV-290 reaktiv kamikadze tipli Pilotsuz Uçuş Aparatını (PUA) təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Yeni silah sistemi taktiki məsafədə yerləşən sabit yerüstü hədəflərin avtonom məhv edilməsi üçün nəzərdə tutulub.

PUA 800 km/saatadək kreyser sürəti təmin edən turboreaktiv mühərriklə təchiz olunub.

Sistem bərk yanacaqlı sürətləndirici vasitəsilə buraxılır, daha sonra isə inteqrasiya edilmiş INS+GPS naviqasiya sistemi ilə idarə olunan avtonom uçuş rejiminə keçir.

100 kq faydalı yük daşımaq imkanına malik UAV-290-ın ümumi çəkisi 350 kq təşkil edir. Platformanın uçuş məsafəsi 650 km-dir ki, bu da uzaq məsafədə yerləşən hədəflərə zərbə endirməyə imkan verir.

Qanad açıqlığı 1,7 metr, uzunluğu isə 3,5 metr olan PUA mobil platformalardan istifadəyə uyğun kompakt ölçülərə malikdir.

Daha əvvəl KİV-lər Ukrayna istehsalı olan DRAGON yerüstü buraxılış sisteminin Parisdə keçirilən beynəlxalq sərgidə təqdim edildiyini bildirmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   UAV-290   PUA  


Bizi "telegram"da izləyin