Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayıb

2026/05/1779474489.jpg
Oxunub: 205     21:31     15 İyun 2026    
Avropa İttifaqı iyunun 15-də Ukrayna və Moldovanın birliyə üzvlük prosesinin əsas aspektləri üzrə danışıqlara start verib.

Ordu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Açıqlamada bildirilir ki, Avropa İttifaqının bütün üzv ölkələri Kiyev və Kişineu ilə danışıqların ilk mərhələsinin başlanmasına razılıq veriblər.

“Bu ölkələrin nə qədər böyük iş gördüyünü görürük və onları buna görə mükafatlandırırıq”, - deyə məlumatda qeyd olunub.

Açılış mərasimi Lüksemburqda Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin görüşü çərçivəsində keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Moldova    


Bizi "telegram"da izləyin