Tramp Vensin iyunun 19-da İranla razılaşmanın imzalanmasında iştirak edəcəyini təsdiqləyib

2026/05/1779895148.jpg
Oxunub: 200     21:29     15 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp bildirib ki, vitse-prezident Cey Di Vens iyunun 19-da Avropada İranla əldə olunmuş razılaşmaları imzalayacaq. O, həmçinin mərasimdə şəxsən iştirak edə biləcəyini də istisna etməyib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Trampın sözlərinə görə, sənədi ilkin plana əsasən məhz Vens imzalamalı idi.

“Bu, hadisələrin necə inkişaf edəcəyindən asılıdır. Cey Di bu məqsədlə oraya gedəcək. Əvvəldən nəzərdə tutulmuşdu ki, bunu o etsin. Mən yəqin ki, həmin vaxta qədər artıq yola düşmüş olacağam. Ola bilsin iştirak edim, ola bilsin etməyim”, - deyə Tramp Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammiti çərçivəsində Emmanuel Makronla görüşündən sonra jurnalistlərə bildirib.

ABŞ Prezidenti əlavə edib ki, razılaşmanın mətni yaxın vaxtlarda dərc olunacaq, lakin əlavə təfərrüatlar açıqlamayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Vens   ABŞ  


Bizi "telegram"da izləyin