Vens Trampın İranla bağlı mövqeyini izah edib: “O, kursunu dəyişməyib”

2026/06/1781536593.jpg
Oxunub: 232     19:14     15 İyun 2026    
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bəyan edib ki, Prezident Donald Tramp İranla bağlı mövqeyini dəyişməyib.

Ordu.az xəbər verir ki, Vens bu barədə GMA telekanalına müsahibəsində danışıb.

Jurnalistin Trampın daha əvvəl yalnız “qeyd-şərtsiz kapitulyasiya”nın mümkün olduğunu bildirməsinə baxmayaraq, mövqeyində dəyişiklik olub-olmaması barədə sualını cavablandıran vitse-prezident bildirib ki, ABŞ administrasiyası əvvəldən təzyiq vasitələrini, o cümlədən hərbi tədbirləri sərfəli razılaşma əldə etmək üçün alət kimi nəzərdən keçirib.

Vensin sözlərinə görə, Tramp administrasiyasının siyasətinin əsas məqsədi İranla münasibətlərin xarakterini dəyişmək və Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq olub.

O əlavə edib ki, Vaşinqtonun qiymətləndirməsinə görə, mövcud vəziyyət bu istiqamətdə irəliləyişin olduğunu göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   Tramp   ABŞ  


Bizi "telegram"da izləyin