Pakistan ABŞ-İran dialoqunda irəliləyiş üçün bütün səyləri dəstəkləyəcək

2024/05/1717057575.jpg
Oxunub: 220     18:11     15 İyun 2026    
Pakistan ABŞ və İran arasındakı münaqişənin həllində irəliləyişi möhkəmləndirməyə yönəlmiş istənilən səyləri dəstəkləməyə hazırdır.

Ordu.az xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar bəyan edib.

"Pakistan ABŞ ilə İran arasında əldə edilən anlaşmanı səmimi qəlbdən alqışlayır. Həll olunmuş məsələlər üzrə danışıqlar davam etdiyi üçün Pakistan bu irəliləyişi möhkəmləndirmək məqsədilə bütün səyləri dəstəkləməyə hazırdır", - deyə o əlavə edib.

Dar tərəflər arasında əldə edilən razılaşmaların beynəlxalq ictimaiyyətə ümidverici bir siqnal göndərdiyini və qlobal iqtisadi sabitliyə töhfə verdiyini vurğulayıb. Nazir Pakistanın vəziyyətin sülh yolu ilə həllində rolunu qeyd edərək, Tehran və Vaşinqtona etimadlarına görə minnətdarlığını bildirib.

"19 iyun tarixində Cenevrədə keçiriləcək rəsmi imzalanma mərasimini səbirsizliklə gözləyirik və əminik ki, bu müsbət inkişaf regionda və onun hüdudlarından kənarda davamlı sülh, sabitlik və ortaq rifah üçün yol açacaq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   ABŞ   İran  


Bizi "telegram"da izləyin