Uolts: ABŞ İranla sazişi iyunun 14-də imzalamağı gözləyir

2025/09/1758340643.jpg
Oxunub: 217     20:35     14 İyun 2026    
ABŞ administrasiyasının rəsmiləri İranla sazişin 14 iyunda imzalanacağına əmindirlər.

Ordu.az-ın məlumatına görə, ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bu barədə "ABC News" telekanalına müsahibəsində bildirib.

"Mən əminəm, komanda əmindir. ABŞ Prezidenti Donald Trampı və ya vitse-prezident Cey Di Vensi qabaqlamaq istəmirəm, amma onlar bunu bu gün etmək niyyətindədirlər", - o, sazişin imzalanma perspektivi ilə bağlı suala cavab olaraq bildirib.

Uolts həmçinin vurğulayıb ki, Vaşinqton Tehrana heç bir ilkin vəsait vermək niyyətində deyil.

Onun sözlərinə görə, İranın dondurulmuş aktivlərinin açılması və sanksiyaların yumşaldılması məsələlərində ABŞ "faktiki ödəniş" prinsipinə riayət edəcək və müvafiq addımları razılaşmaların yerinə yetirilməsi ilə əlaqələndirəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Uolts   ABŞ   İran  


Bizi "telegram"da izləyin