İshaq Dar və Hakan Fidan bu gün imzalanması gözlənilən ABŞ-İran razılaşmasını müzakirə ediblər

2026/06/1781426034.jpg
Oxunub: 278     11:56     14 İyun 2026    
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar türkiyəli həmkarı Hakan Fidanla telefonla danışıb və ABŞ ilə İran arasında bu gün imzalanması gözlənilən memorandum barədə fikir mübadiləsi aparıb.

Ordu.az xəbər verir ki, bu barədə məlumat Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında yayılıb.

"Regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb və Birləşmiş Ştatlar ilə İran arasında anlaşmaya doğru ümidverici irəliləyiş alqışlanıb", - məlumatda bildirilib.

XİN başçıları bu müsbət irəliləyişlərin regionda davamlı sülh və sabitliyə zəmin yaradacağına ümid etdiklərini bildiriblər.

Hər iki tərəf gələcək proseslərlə bağlı sıx təmasda qalmaq barədə razılığa gəliblər.

Xatırladaq ki, ABŞ ilə İran arasında razılaşmanın bu gün imzalanacağını Ağ Ev rəhbəri Donald Tramp da təsdiqləyib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Türkiyə  


Bizi "telegram"da izləyin