Tramp “Siz diskobombalanırsınız” yazısı olan müəmmalı süni zəka görüntüsü paylaşıb

2026/06/1781065686.jpg
Oxunub: 305     09:52     14 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində süni zəka vasitəsilə yaradılmış və üzərində “Siz diskobombalanırsınız” yazısı olan müəmmalı görüntü paylaşıb.

Ordu.az xəbər verir ki, paylaşımda ABŞ lideri hərbi gəminin göyərtəsində tamaşaçıya arxası dönmüş vəziyyətdə təsvir olunub.

Trampın gödəkçəsinin üzərində “Ali Baş Komandan” yazısı görünür. O, dənizə binoklla baxır.


Şəkildə onun qarşısında ABŞ bayraqları altında üzən hərbi gəmilər əks olunub.

Gəmilərin üzərində isə düz sıra ilə yeddi qırıcı təyyarənin uçduğu görünür.

ABŞ Prezidenti paylaşdığı görüntü ilə bağlı hər hansı izah və ya əlavə şərh verməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin