İsrail İranın cənub-qərbindəki neft bazasına zərbə endirib - YENİLƏNİB

2026/03/1774080864.jpg
Oxunub: 396     09:37     08 İyun 2026    
İsrail Müdafiə Ordusu (IDF) İranın enerji infrastrukturu obyektinə zərbə endirib.

Ordu.az-ın məlumatına görə, bu barədə "Ynet" israilli məmura istinadən xəbər verir.

O qeyd edib ki, zərbə neft bazasına endirilib.

Öz növbəsində, "The Times of Israel" qəzeti IDF-dəki nümayəndəyə istinadən bildirib ki, neft bazası İranın cənub-qərbindəki Mahşəhrdə yerləşir.

***

İsrail Müdafiə Qüvvələri (İMQ) İranın mərkəzi və qərbindəki hərbi hədəflərə zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hücum İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilib.

Axios-un Amerika rəsmisinə istinadən verdiyi məlumata görə, bu hava hücumları miqyasca "nisbətən məhdud" olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Iran  


Bizi "telegram"da izləyin