Ordu.az xəbər verir ki, bu barədə Uşakov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, məktubun böyük hissəsi “həyasızlıqdan ibarətdir” və sənədin sonunda yer alan təklif isə Moskva üçün yeni deyil.
Uşakov bildirib ki, həmin təklif Rusiya tərəfinə çoxdan məlumdur və ona artıq cavab verilib.
Qeyd edək ki, Zelenski daha əvvəl Putinə açıq məktub göndərərək müharibənin başa çatdırılması məsələsini müzakirə etmək üçün birbaşa görüş keçirməyi təklif etmişdi. Ukrayna lideri məktubunda müharibəyə görə şəxsi məsuliyyətin Putinin üzərində olduğunu da vurğulamışdı.
Sevinc Əliyeva
Ordu.az