“Hizbullah” İsrail qüvvələrinə çoxsaylı zərbələr endirdiyini açıqlayıb

2026/06/1780679496.jpg
Oxunub: 202     21:09     05 İyun 2026    
Livanın “Hizbullah” hərəkatı ölkənin cənubundakı Bofor qalası ətrafında İsrail qüvvələrinə bir neçə dəfə zərbə endirdiyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Hərəkatın yaydığı bəyanatlarda bildirilir ki, gün ərzində dörd hücum həyata keçirilib. Hücumlar zamanı İsrail ordusuna məxsus texnika və hərbçilər Livanın sərhədyanı Nakura şəhəri yaxınlığında hədəfə alınıb.

“Hizbullah” həmçinin sərhəd bölgəsində və Bofor qalası yaxınlığında yerləşən İsrail hərbçilərinə qarşı bir neçə zərbə PUA-sından istifadə etdiyini açıqlayıb. Qala İsrail qüvvələri tərəfindən bu həftənin əvvəlində ələ keçirilib.

Məlumata görə, hərəkat üzvləri İsrail mövqelərini artilleriya atəşinə də tutublar.

Bundan əlavə, “Hizbullah” Livanın qərbindəki Beka bölgəsi üzərində İsrailə məxsus “Hermes 450” pilotsuz uçuş aparatını “yer-hava” raketi ilə vurduğunu iddia edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   İsrail   Livan  


Bizi "telegram"da izləyin