Ordu.az bu barədə xarici mediaya istinadla xəbər verir.
"Hazırda heç bir razılaşma yoxdur. Hizbullah buna qarşıdır, bu o deməkdir ki, mən bunu kabinetdə səsverməyə təqdim etməyəcəyəm. Əgər onlar razılaşsalar, mən onu təsdiq üçün sizə təqdim edəcəyəm", - deyə o bildirib.
Netanyahu qeyd edib ki, Nazirlər Kabinetinin təsdiqi olmadan İsrail atəşkəs müqaviləsinin şərtlərinə riayət etmək məcburiyyətində deyil.
Daha əvvəl İsrail və Livan ABŞ-ın vasitəçiliyi ilə Hizbullahın bütün hücumları tamamilə dayandırması şərti ilə atəşkəsə riayət etmək barədə razılığa gəlmişdilər. Formal olaraq, Hizbullah danışıqlar prosesində iştirak etmədiyi üçün bu öhdəlik götürməmişdi. İyunun 4-də Hizbullah lideri Naim Kasem təşkilatının atəşkəs şərtləri ilə razılaşmadığını və onlara əməl etmək niyyətində olmadığını bildirib. O, İsrail qoşunlarının Livan ərazisindən çıxarılmasını tələb edib.
Ordu.az