MEDİA: İsrail-İran müharibəsində Azərbaycan ərazisindən istifadə ilə bağlı iddialar açıq manipulyasiyadır

2026/06/1780677831.jpg
Oxunub: 222     20:10     05 İyun 2026    
"middleeasteye.net" və "haaretz.com" informasiya resurslarında iyunun 5-də yayımlanan İsrailin İranla apardığı müharibə zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı iddialar heç bir fakta istinad etmədən tirajlanan kobud manipulyasiyadır.

Ordu.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

Bildirilib ki, bu kobud manipulyasiya nümunəsi olmaqla dezinformasiya xarakteri daşıyır və beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, regional sabitliyə və dövlətlərarası münasibətlərə zərbə vurmağa və regionda gərginlik yaratmağa hesablanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MEDİA   İsrail   İran  


Bizi "telegram"da izləyin