Ordu.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Məlumata görə, qərarın qəbul edilməsinə səbəb onların fələstinlilərə qarşı səsləndirdikləri bəyanatlar və “Qəzza donanması” fəallarına münasibətləri olub.
İrlandiyanın Ədliyyə Nazirliyi bildirib ki, nazir Cim O-Kallaqan miqrasiya xidmətinə hər iki israilli rəsmisinin ölkəyə daxil olmaq cəhdinin qarşısının alınması barədə göstəriş verib.
Qeyd olunur ki, qərar Ben-Qvirin ötən ay İsrail tərəfindən saxlanılan “Qəzza donanması” iştirakçılarını açıq şəkildə məsxərəyə qoymasından sonra qəbul edilib.
İrlandiyanın Baş naziri Mişel Martin Monteneqroda keçirilən sammit zamanı bildirib ki, Dublin münaqişənin daha da alovlanmasına səbəb olan israilli rəsmilərin ölkəyə girişini məhdudlaşdırmaq niyyətindədir.
Onun sözlərinə görə, hər iki ifrat sağçı nazirin ritorikası və davranışları, o cümlədən donanma ilə bağlı insident, fələstinlilərin öz torpaqlarından tamamilə çıxarılmasına yönəlmiş siyasətin göstəricisidir.
Martin əlavə edib ki, bu cür hərəkətlər israilli nazirlərə qarşı ümumavropa səviyyəsində sanksiyaların tətbiq olunmasını zəruri edir.
Sevinc Əliyeva
Ordu.az