Ermənistanın polis rəisi müxalifətçilərə qarşı hücumlarla bağlı açıqlama verib

2026/06/1780673387.jpg
Oxunub: 218     19:26     05 İyun 2026    
Ermənistan polis rəisi Kamo Tsutsulyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının tərəfdarlarının müxalifət nümayəndələrini avtomobillə vurması barədə məlumatları absurd adlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə o, “News.am”a açıqlamasında danışıb.

Tsutsulyan hadisədə iştirak edən şəxslərin “Vətəndaş Müqaviləsi” partiyasının tərəfdarları olmadığını bildirib.

O, həmçinin avtomobillə vurma hadisəsinin qəsdən törədildiyini təsdiqləyib.

“Güclü Ermənistan” partiyalar ittifaqının tərəfdarlarının hakim partiya nümayəndələri tərəfindən döyülməsi ilə bağlı suala cavab verən polis rəisi qeyd edib ki, bütün insidentlər qeydə alınıb və araşdırılır.

Onun sözlərinə görə, hadisələrdə hakimiyyət və ya müxalifət nümayəndələrinin iştirak etməsindən asılı olmayaraq bütün faktlara hüquqi qiymət veriləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tsutsulyan  


Bizi "telegram"da izləyin