Ordu.az xəbər verir ki, bu barədə Patruşev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində TASS agentliyinə açıqlamasında danışıb.
“Məhsulun keyfiyyətindən asılı olaraq ya məhdudiyyətlər tətbiq olunacaq, ya da olunmayacaq”, - deyə Patruşev müvafiq suala cavabında bildirib.
Onun sözlərinə görə, Ermənistan Rusiyanın ərzaq məhsulları idxalında cüzi paya malikdir.
Patruşev qeyd edib ki, Ermənistanın Rusiya bazarındakı payı ümumi ərzaq idxalı həcmi baxımından böyük deyil.
Xatırladaq ki, Rusiya 2026-cı il mayın 22-dən etibarən Ermənistandan çiçəklərin idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib.
Mayın 30-dan etibarən Ermənistandan təzə pomidor, xiyar, bibər, yaşıl bitkilər və çiyələyin idxalına da məhdudiyyət qoyulub.
İyunun 2-dən isə albalı, gilas, ərik, şaftalı, gavalı, nektarin və üzüm tədarükünə analoji məhdudiyyətlər tətbiq edilib.
Bundan əlavə, iyunun 3-dən etibarən Ermənistandan tumlu meyvələrin, badımcanın, kartofun və quru meyvələrin idxalı da məhdudlaşdırılıb.
Alpər Mövludoğlu
Ordu.az