CENTCOM İranın xəbərdarlıq atəşi barədə bəyanatını təkzib edib

2026/05/1778249371.jpg
Oxunub: 242     17:41     05 İyun 2026    
ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı (CENTCOM) İranın guya Oman körfəzində ABŞ qüvvələri istiqamətində xəbərdarlıq atəşi açması barədə bəyanatını təkzib edib.

Ordu.az-ın məlumatına görə, bu barədə CENTCOM-un "X" hesabında bildirilib.

Komandanlıqdan qeyd ediblər ki, bu hərəkətlər elan edilmiş atəşkəsin kobud şəkildə pozulması demək olardı.

"İran qüvvələri ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücum etməyib və atəş açmayıb. Bu cür hərəkətlər atəşkəs rejiminin kobud şəkildə pozulması demək olardı. ABŞ qüvvələri regional sularda sərbəst fəaliyyət göstərməyə davam edir, eyni zamanda, İrana qarşı mövcud blokadanın tam şəkildə icrasını təmin edir", - məlumatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CENTCOM   İran  


Bizi "telegram"da izləyin