Ordu.az xəbər verir ki, bu barədə Overçuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda “RIA Novosti” agentliyinə müsahibəsində danışıb.
O bildirib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqı arasında seçim etməsi üçün hər hansı son tarix müəyyən edilməyib.
“Xeyr. Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür. Heç bir vaxt məhdudiyyəti yoxdur. Belə bir fikir var ki, Ermənistan, ilk növbədə isə Ermənistan rəhbərliyi öz mövqeyini mümkün qədər tez müəyyənləşdirsə, bu faydalı olar. Lakin heç bir son tarix yoxdur”, - deyə Overçuk qeyd edib.
O, bu sözləri Ermənistanın gələcəkdə Avropa İttifaqını, yoxsa Avrasiya İqtisadi Birliyini seçməsi ilə bağlı suala cavab verərkən səsləndirib.
Qeyd edək ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 3-dən 6-dək keçirilir.
Alpər Mövludoğlu
Ordu.az