Qrossi: "AEBA İranın yüksək zənginləşdirilmiş uranın saxlanma yerini dəyişmədiyini hesab edir"

2025/08/1756265138.jpg
Oxunub: 201     16:11     05 İyun 2026    
İran tərəfi görünür ki, özünün yüksək zənginləşdirilmiş uran ehtiyatlarını yeni yerə köçürməyib.

Ordu.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bildirib.

"Biz hesab edirik ki, uran elə əvvəldən olduğu yerdədir", - o deyib.

Bununla yanaşı, Qrossi xatırladıb ki, bir il əvvəl ABŞ bu ehtiyatların saxlanıldığı İranın yeraltı nüvə mərkəzlərinə zərbələr endirib.

Onun sözlərinə görə, yaranmış vəziyyətdə AEBA ekspertlərinin obyektlərə giriş əldə edə bilməsi və orada vəziyyətlə bağlı öz qiymətləndirməsini aparması vacibdir.

"Ehtiyatların həcminin əvvəlki səviyyədə qalıb-qalmadığını müəyyən etmək üçün oraya daxil olmalıyıq", - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qrossi   AEBA  


Bizi "telegram"da izləyin